“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xalis mənfəəti AÇIQLANDI

 29-12-2022

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) bu ilin I yarısını 48,742 milyon manat xalis mənfəətlə başa vurub.

Səhmdar cəmiyyətdən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Hesabat dövründə ASCO-nun gəlirləri 287,873 milyon manat (27,4% çox), əməliyyat mənfəəti isə 102,02 milyon manat (58,1% çox) təşkil edib.

Bu il iyulun 1-nə ASCO-nun aktivləri 1 308,376 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,95% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 12,2% azalaraq 173,385 milyon manata düşüb, balans kapitalı isə 5,75% artaraq 1 134,991 milyon manata çatıb.

Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100% dövlətə məxsusdur.

Bənzər yazılar

0.14600110054016