“İki aya yaxındır ki, Günəş görmürük”: “Azovstal”ın zirzəmilərinə sığınan uşaqlardan yeni kadrlar - VİDEO

 23-04-2022

Mariupolda “Azovstal” zavodunda 1000-ə yaxın dinc sakin yaşamağa davam edir. Ukraynalı müdafiəçilər bir aydan artıqdır ki, müəssisənin zirzəmilərində yaşamağa məcbur olan uşaqlara şirniyyatlar gətirib, onlarla və anaları ilə söhbət ediblər.

Müvafiq video “Azov” “Telegram” kanalında yayımlanıb.

Uşaqların sözlərinə görə, bir aydan çoxdur ki, günəşi, açıq səmanı görmürlər. Onların ən böyük arzusu zavoddan sağ-salamat çıxmaqdır.

“Biz evə qayıtmaq istəyirik, sağ-salamat qayıtmaq, doğmalarımızı görmək istəyirik, onlar üçün çox darıxırıq”, - deyə uşaqlar bildirirlər.

Qeyd edək ki, Ukrayna tərəfi insanların “Azovstal”dan çıxarılması üçün əlindən gələni edir. Ancaq rusiyalı hərbçilər davamlı olaraq humanitar dəhlizləri dağıdır, kolonları atəşə tuturlar.

Bənzər yazılar

0.42201209068298