Dekabrın 29-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.
Milletinsesi.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin küləkli hava şəraiti ilə bağlı yaydığı xəbərdarlıqda bildirilib.
Qeyd olunub ki, Azərbaycanın rayonlarında da dekabrın 29-da qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, əsasən, şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.