Pandemiyadan zərər çəkmiş sahibkarlara ödənən vəsait açıqlanıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Facebook” profilində paylaşım edib.
O bildirib ki, 2020-ci ilin iyun ayından bu ilin 1 dekabrınadək dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 39,2 mln. manat vəsait ödənilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayaq” mükafatının təqdimetmə mərasimində bildirib ki, bu il ilk dəfə Azərbaycanın qeyri-neft ixracının illik dəyəri 3 milyard ABŞ dollarını ötəcək.
“Koronavirus (COVID-19) pandemiyasından sonra müsbət dinamikaya nail olmuşuq. Ölkə iqtisadiyyatı keçən il 5,8%, bu ilin 11 ayında isə 4,8% artıb. Bu il 15 milyard manatdan çox vergi mədaxilini dekabrın 15-nə təmin etmişik”, - deyə qeyd edib.