Azərbaycan Prezidenti İlham Əliyev “Valyuta tənzimi haqqında” qanunda dəyişiklikləri təsdiqləyib.
Milletinsesi.info xəbər verir ki, dəyişikliyə əsasən, milli və xarici valyutada olan qiymətli kağızlarla bağlı bu qanunun tələbləri çeklərə və digər ödəniş sənədlərinə də şamil edilir.
Buna qədər yalnız milli valyutada qiymətli kağızlar anlayışı nominal dəyəri manatla ifadə edilmiş səhmlər, istiqrazlar, vekseller və digər qiymətli kağızlar sayılırdı.
Dəyişikliyə əsasən, xarici valyutada qiymətli kağızlar anlayışı nominal dəyəri xarici valyutada ifadə edilmiş səhmlər, istiqrazlar, vekseller və digər qiymətli kağızları da əhatə edəcək. Bundan əvvəl xarici valyutada qiymətli kağızlar xarici valyutada ifadə edilmiş ödəniş sənədləri( çeklər, veksellər, akkreditivlər və s.), fond sərvətləri (səhmlər, istiqrazlar) və digər borc öhdəliklərini əhatə edirdi.