Xocalıda köhnə “erməni tamaşası”: Körpələrin alətə çevrildiyi İYRƏNC ŞOU - VİDEO

 27-12-2022

Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı separatçılar öz xalqının dədə-baba “adət”lərinə sahib çıxmağa davam edirlər.

Belə ki, separatçılar əsrlər boyu “uğur”la ifa etdikləri “məzlum” obrazını yenidən canlandırmağa çalışırlar.

Bu zaman isə bəşəriyyətin, dünya ictimaiyyətinin həssas nöqtəsi olan uşaqlardan istifadə etməyi belə öz riyakar xislətlərinə tamamilə uyğun hesab edirlər.

Sosial şəbəkələrdə yayılan növbəti belə riyakarlıq tamaşası sülhməramlıların Xocalıda yerləşən qərargahı qarşısında çəkilib. Burada ermənilər ümumiyyətlə, hadisələrdən xəbərsiz görünən bir azyaşlını xəstə kimi qələmə verərək dünya ictimaiyyəti qarşısında özlərini “yazıq” və “çarəsiz” insanlar kimi göstərməyə cəhd edirlər.

Lakin elə ermənilərin özləri tərəfindən çəkilmiş kadrlardan da aydın görünür ki, azyaşlının ümumiyyətlə səhnələşdirilən xəstə obrazından, təqdim olunan xəstəlikdən anlayışı belə yoxdur.

Qeyd edək ki, Laçın yolunda azərbaycanlı ekofəalların etirazları fonunda Qarabağdakı separatçılar böyük təşviş içindədir. Məhz bu baxımdan da hər yola əl atan separatçılar həmişə olduğu kimi öz qadınlarını və körpələri qabağa verməklə çıxış yolu axtarırlar. Ortaya çıxan kadrlar isə ermənilərin riyakarlığı fonunda dərin ikrah hissi doğurur.

Bənzər yazılar

0.14021611213684