Xalq artisti Brilliant Dadaşova sənətçi həmkarlarını “mərsiyə oxuyan ifaçı” adlandıraraq, onları tənqid edib.
MillətinSəsi.info xəbər verir ki, Dadaşova bu barədə İTV-yə müsahibəsində deyib.
“Bizdə elə bir tendensiya yaranıb ki, gənclərimizin bir hissəsi “mərsiyə” tərzində dinləyib, oxuyurlar. Bir hissəsi də “mərsiyə” tərzində muğamlar oxuyur. Belə olduğu halda bizim estrada musiqimiz tənəzzülə uğraya bilər. Məhz bu səbəbdən mən iyun ayının 1-də olan konsertimə bizim klassik estrada musiqilərimizi oxumaq üçün bir sıra yanımda olan gənc ifaçıları səhnəyə çıxardacağam”, - deyə ifaçı bildirib.