Bu gün saat 14:00-da Xankəndidə keçirilməsi gözlənilən mitinqlə bağlı yeni detallar bəlli olub.
Milletinsesi.info-ın əldə etdiyi məlumata görə, separatçı rejimin qondarma “rəhbərliy”i aksiyada maksimum kütləvilik yaratmaq üçün bütün inzibati təşkilatlara tapşırıqlar verib.
Belə ki, ətraf kəndlərdən əhalinin Xankəndi meydanına gətirilməsi uçun avrobuslar ayrılıb. Kimsə öz şəxsi avtomobili ilə galmək istəsə, onlar üçün hətta pulsuz yanacaq nəzərdə tutulub.
Təşviqat kampaniyası bununla bitmir. Qondarma rəhbərlik sırf adam sayını çox göstərmək üçün mitinqə gələn hər şəxs üçün 30-40 dollar ödəməyi nəzərdə tutub. Hadisə yerindən çəkiliş etmək istəyənlər üçün isə pulsuz internet paketləri verilir.
Əldə olunan məlumatlardan belə aydın olur ki, insanları mitinqə cəlb etmək üçün təkcə təşviqatdan deyil, bir çox hallarda hədə-qorxudan da istifadə edilir. Belə kiu, müəllimlər və həkimlərə xəbərdarlıq edilib ki, aksiyaya gəlməsələr, işdən qovulacaqlar.
Qondarma rejimin diplomları heç bir yerdə tanınmayan “ali məktəb”lərində “təhsil alan” tələbələrinə tapşırılıb ki, aksiyaya qatılmayacaqları təqdirdə ciddi problemlərlə üzləşəcəklər.
Hətta aksiyanın çəkilişi xüsusi şirkətə tapşırılıb və bütün bu tədbirlər fayda verməyəcəyi təqdirdə belə maksimum kütləvilik nümayiş etdirilməsi tələbi qoyulub.
Onu da qeyd edək ki, Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı erməni separatçılar bu günə mitinq planlaşdırırlar.
Mitinqin saat 14:00-da Xankəndidə keçirilməsi gözlənilir.
Maraqlıdır ki, sözügedən aksiyaya hazırda həmin ərazidə yaşayan əhalinin marağı o qədər də çox deyil. Belə ki, insanları meydana cəlb edə bilməyən qondarma rejim “rəhbərliy”i Qarabağdakı qanunsuz erməni hərbçilərinə, hətta məzuniyyətə olanlara belə komanda verərək bildirib ki, özləri mülki geyimdə və ailə üzvləri ilə bir yerdə mitinqdə iştirak etsinlər.
Sadə vətəndaşlardan həmçinin tələb olunur ki, ailəlikcə mitinqdə olsunlar. Əldə etdiyimiz məlumata görə, “dövlət müəssisələri”ndə çalışanlara sözügedən aksiyada iştirakın məcburi olduğu barədə dəfələrlə sərt xəbərdarlıqlar edilib.
Görünür xalq arasında nüfuzunu itirən və getdikcə məngənəyə sıxılan qondarma rejimin separatçı “rəhbərliy”i mitinqə mümkün qədər çox insan cəlb etməklə arxalarında xalq dəstəyi varmış kimi imitiasiya yaratmağa çalışırlar.
Bunun üçün hətta “hüquq-mühafizə” orqanlarının əməkdaşlarına da mülki geyimlə bu mitinqdə iştirak etmək barədə göstərişlər verilib.