Vladimir Putindən Mariupolla bağlı əmr: "Milçək belə uçmaması üçün sənaye sahəsini bloklayın" - VİDEO

 21-04-2022

Rusiya prezidenti Vladimir Putin Kremldə müdafiə naziri Sergey Şoyqunu qəbul edib. S. Şoyqu V. Putinə Mariupol şəhərinin nəzarətə götürüldüyünü məruzə edib.

MillətinSəsi.info "RİA Novosti"yə istinadən xəbər verir ki, Şoyqu şəhərdəki “Azovstal” zavodunun bloklandığını bildirib.

“Şəhər artıq azad edilib, orada vəziyyət sakitdir, yaraqlılar Azovstalda qalıb - orada 2000-dən çox millətçi bloklanıb. Ukraynalı döyüşçülərin və xarici muzdluların olduğu “Azovstal” zavodu “təhlükəsiz şəkildə bloklanıb”, - Şoyqu deyib.

Putin Azovstal-a hücumu məqsədəuyğun hesab etməyib və onu ləğv etməyi əmr edib:

“Mən sənaye zonasına basqın təklifini məqsədəuyğun hesab etmirəm, ləğv etməyi əmr edirəm. Milçək belə uçmaması üçün sənaye sahəsini bloklayın. Hələ silahlarını yerə qoymayanların hamısını bir daha buna dəvət edin. Rusiya tərəfi onların həyatına zəmanət verir”.


Bənzər yazılar

0.4159529209137