Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən "Albatros Heltkeyr" şirkətinə 280 milyon manatlıq ŞİFARİŞ

 21-04-2022

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi Covid-19 müayinələrinin aparılması üçün tələb olunan reagentlərin və istismar materiallarının satın alınması üzrə tenderin qalibini açıqlayıb.

FED.az xəbər verir ki, 279 166 524 manatlıq tenderin qalibi “Albatros Heltkeyr” MMC olub.

Xatırladaq ki, “Albatros Heltkeyr” MMC bundan əvvəl "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nin COVİD-19 ilə mübarizə çərçivəsində Abbott markalı laboratoriya avadanlığı üçün COVİD-19 (PCR) testlərin və test ləvazimatlarının satın alınması üzrə 4 586 983 manatlıq tenderini qazanıb. 

Bənzər yazılar

0.44112491607666