AZAL 2022-ci ildə Naxçıvana uçuşlar üçün Ermənistana 112 min avro ödəyib.
"Sputnik Armenia" xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın milli aviadaşıyıcısı bu məbləği yanvarın 1-dən noyabrın 30-dək Ermənistanın hava məkanından keçən uçuşlar üçün ödəyib.
Mülki Aviasiya Komitəsi tərəfindən Laçın-Xankəndi yolundakı vəziyyətlə əlaqədar olaraq Azərbaycan təyyarələri üçün öz hava məkanını bağlamağı planlaşdırıb-planlaşdırmadığına da münasibət bildirilib. Qeyd olunub ki, bütün beynəlxalq uçuşlar əvvəlcədən nəzərdə tutulmuş plan əsasında həyata keçirilir.