İran hökuməti Təbrizdə erməni muzeyi yaradır

 21-04-2022

İran hökuməti Urmiyanı “kürdləşdirəndən” sonra indi də Təbrizi “erməniləşdirmək” eşqinə düşüb.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu gün İran hökumətinin rəsmiləri Təbrizdə ermənilərin muzeyinin açılacağını bəyan ediblər.

Bu barədə məlumat verən Şərqi Azərbaycan vilayətinin Mədəni İrs, Turizm və Əl İşləri Baş İdarəsinin müdiri Əhməd Həmzəzadə bildirib ki, sözügedən muzeyin açılması rəhbərlik etdiyi qurumla ermənilərin Şərqi Azərbaycan vilayətindəki baş yepiskopunun birgə planıdır.

Maraqlıdır ki, erməni yepiskop Qriqor Çiftçiyan sözügedən qurumun “əsas məqsəd”lərindən birinin “ermənilərin abidələrini” qorumaq olduğunu deyib. O, indiyə qədər bu idarə tərəfindən Şərqi Azərbaycanda “çox sayda erməni abidələri”nin təmir edildiyini də əlavə etməyi unutmayıb.

Qeyd etmək lazımdır ki, elə Şərqi Azərbaycan vilayəti və Təbrizdə azərbaycanlıların tarixi abidələri dövlət tərəfindən təmir edilmədiyindən dağılıb, bir çoxu isə dağılmaq üzrədir. Belə olan halda İran dövlətinin bir ovuc erməninin orada özlərinə aid olduğunu iddia etdikləri tikililəri təmir etməkdə hansı məqsəd güddüyü sual doğurur.

Bənzər yazılar

0.21107792854309