İş mühitinin sağlam olması üçün ALTI ƏSAS AMİL AÇIQLANDI

 21-12-2022

“İş mühitində davamlı inkişaf əldə edilməsi üçün təşkil edilən xüsusi turniketlər var. Bunun səbəbi korporativ mədəniyyətin təşkil edilməsidir”.

Milletinsesi.info xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin, İdarə Heyətinin sədrinin müşaviri Kamil Bayramlı növbəti “Azərbaycan Karyera İnkişaf Formunda” çıxış edərkən deyib.

O bildirib ki, iş mühitinin sağlam olması üçün 6 amil var:

“Bunlara - təşkilati uyğunlaşma, aydın şəkildə ötürülən proseslər və iş axınları, işçilərin rifahı və inkişafı, təşkilati ədalət, faydalı iş, yenilik və innovasiya amilləri daxildir. Bütün bu nüanslar mütləq qaydada gözlənilməlidir ki, rəhbər və əməkdaşlar arasındakı işgüzar mühit stabil şəkildə qorunub saxlansın. İşçinin bir faiz belə rəhbərin ona qarşı ədalətsiz yanaşmasına dair şübhəsi olmamalıdır.

Əməkdaşların fəaliyyətini və iş mühitinə qədər, iş mühitindən sonrakı emosiyalarını da ölçmək mümkündür. İş yerlərində turniketlər üzərində beş emosiya əks edilən buttonlar var. İşçilər işə gələrkən hansı buttonu basaraq iş yerinə daxil olurlar və işdən çıxarkən hansı buttona basaraq iş yerini tərk edirlər.

Bu vasitə ilə iş mühitindəki gərginlik səviyyəsini ölçmək və zərurət olan hallarda bu mühitin əməkdaşlar üçün daha rahat vəziyyətə gətirmək mümkündür. Bu da keyfiyyətli iş əmsalına və sağlam iş mühitinin qurulmasına hesablanan addım ola bilər deyə düşünürəm. Bu istiqamətdə “Netflix” təcrübəsi çox məşhurdur onlar işçilərinə “biz hər birimiz bərabərik” mesajını verir. Bu halda korporativ mədəniyyət mühiti formalaşır ki, bu işin gedişinə müsbət təsir edən, real mexanizmdir”.

Bənzər yazılar

0.14016008377075