Azərbaycan məhkəmələrinə yeni hakimlər TƏYİN OLUNACAQ- SİYAHI

 21-12-2022

“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif olunur.

Bununla bağlı “Report” məlumat yayıb.

Təklif təsdiqini taparsa, aşağıdakı şəxslər Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilir:

- Allahverdiyev Elbəy Hidayət oğlu - Bakı Hərbi Məhkəməsinin hakimi;

- Hüseynov Pərviz Aktiv oğlu - Bakı İnzibati Məhkəməsinin hakimi;

- Qasımov Fərrux Hüseynağa oğlu - Bakı Kommersiya Məhkəməsinin hakimi;

- Abdıyev Fuad Vilayət oğlu - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi;

- Rüstəmli Məhəmməd Əli oğlu - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi;

- Bəhrəmzadə Sabit Xanlar oğlu - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi;

- Musayeva Cəmilə Ceyhun qızı - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi;

- Səmədov Rəşid Əfraim oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi;

- İbrahimov Anar Firdovsi oğlu - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi;

- Axundova Günay Təyar qızı - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi;

- Əyyubov Fərid İlham oğlu - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi;

Hakimlik səlahiyyətinin müddəti 2023-cü il yanvarın 2-də başa çatan İlham Məmməd oğlu Cəfərov da həmin tarixdən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.

Bundan başqa, dəyişikliklə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hakimi Bəylərli Səxavət Şahhüseyh oğlu və Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlunun Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb.

Eyni zamanda, təklif qəbul olunsa, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Rafiq Musa oğlu Cəfərov vəzifəsindən azad edilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Nural Turab oğlu Əliyevin isə vəzifəsi dəyişdirilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq.

Digər bir dəyişikliklə Şəki Apellyasiya Məhkəməsinin hakimi Ayaz Akif oğlu Mahmudov vəzifəsindən azad edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.

Aşağıdakı şəxslər də Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq:

- Rəhimli Lalə Elxan qızı - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi;

- Cabbarova Gülnar İnqilab qızı - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi;

- İsmayılov Azər İbrahim oğlu - Sumqayıt Şəhər Məhkəməsinin hakimi;

- Süleymanova Almaz Məhərrəm qızı - Sumqayıt Şəhər Məhkəməsinin hakimi;

Layihəyə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızı vəzifələrindən azad edilir.

Bundan əlavə, aşağıdakı şəxslər də Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq:

- Səmədov Xəqani Hacı oğlu - Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi;

- Mehdiyev Elçin Məhəmməd oğlu - Şəki Rayon Məhkəməsinin hakimi;

Başqa bir dəyişikliklə Gəncə Apellyasiya Məhkəməsinin hakimi Elçin İsgəndər oğlu Xasməmmədov, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahit Fehruz oğlu, Şirvan İnzibati Məhkəməsinin hakimi Həsənov Samir Firdovsi oğlu və Biləsuvar Rayon Məhkəməsinin hakimi Əhmədov Pərviz Tərlan oğlu Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.

Qanuna dəyişiklik layihələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.

Bənzər yazılar

0.20342493057251