Fahrettin Altun: “Beynəlxalq aləm siyasətini Azərbaycanın Qarabağ zəfəri reallığı ilə formalaşdırmalıdır”

 21-12-2022

“Beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycanın ərazisidir. Problemin yeni qaynar münaqişəyə çevrilmədən daimi həlli hamının marağındadır, regional ölkələrin xeyrinədir, qlobal sülh üçün lazımdır”.

“Haber Global”ın məlumatına görə, bunu Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun “Türkiyə-Fransa Münasibətləri: Fürsətlər və çətinliklər” panelində çıxışı zamanı bəyan edib.

O, bütün beynəlxalq aktorların Azərbaycanın Qarabağ zəfərini qəbul etməsinin və siyasətlərini bu reallıq ətrafında formalaşdırmasının vacibliyini vurğulayıb.

Altun həmçinin sülhün, əmin-amanlığın regiona rifah gətirəcəyini, bundan da hamının faydalanacağını deyib və Fransadan Türkiyənin bu mövzuda göstərdiyi səylərə dəstək verməsini gözlədiklərini əlavə edib.

Ətraflı süjetdə:

Bənzər yazılar

1.3465580940247