2008-ci ilin böhranını proqnozlaşdıran iqtisadçı gələn il üçün GÖZLƏNTİLƏRİNİ DEYİB

 21-12-2022

“Dünya - çoxsaylı yeni və köhnə çağırışlar səbəbindən yavaş-yavaş qəzaya doğru irəliləyən qatara bənzəyir. Dünya iqtisadiyyatını qlobal miqyasda dərin və uzun sürən tənəzzül gözləyir”.

Bunu 2008-ci ilin maliyyə böhranını proqnozlaşdıran məşhur amerikalı iqtisadçı Nuriel Rubini açıqlayıb.

Onun sözlərinə görə, siyasətçilərin, Uoll Strit ekspertlərinin iqtisadi böhranın qısa və dayaz olacağı ilə bağlı ümumi qəbul edən nəzərləri yanlışdır.

“Federal Ehtiyatlar Sistemi, Avropa Mərkəzi Bankı, Uoll Strit deyir ki, bizim “yumşaq enişimiz” olacaq. Amma məsələn, ABŞ-də son 60 ildə heç vaxt inflyasiyanın 5%-i keçdiyi vəziyyət olmayıb və bu gün 7,1-dir... Belə şəraitdə əsas stavka qaldırılanda yumşaq deyil, sərt eniş olur”, - deyə iqtisadçı vəd edib.

Ekspert qlobal borcun böhranı daha da pisləşdirəcəyini deyib.

Bundan başqa, üçüncü dünya müharibəsinin artıq başlamasının vəziyyəti qəlizləşdirəcəyini bildirib. Müharibənin ABŞ-nin Çinə bir çox çip növünün tədarükünə məhdudiyyətlər qoyması ilə başladığını vurğulayan Rubini bu aqressiv ticarət siyasətinin qlobal iqtisadiyyat üçün uzunmüddətli nəticələrə səbəb olacağı ilə bağlı xəbərdarlıq edib.

İqtisadçı əmindir ki, bəşər tarixinin dünyanın aclıq, böyük müharibələr, xəstəliklər və soyqırımları ilə müşayiət olunduğu qalan dövrü ilə müqayisədə son 75 il nisbi firavanlıq dövrü olub. Lakin onun fikrincə, son 75 il qayda deyil, istisnadır və bu müddət başa çatmaq üzrədir.

Mənbə: Financial Times

Bənzər yazılar

0.14551496505737