Tələbəni qətlə yetirən ofisianta HÖKM OXUNDU

 20-04-2022

Mingəçevirdə qətl törətməkdə təqsirləndirilən Kənan Osmanova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci il iyulun 4-də Mingəçevir şəhəri ərazisində yerləşən “Miraj” kafesinin yaxınlığında qeydə alınıb.

Həmin kafedə ofisiant işləyən 2004-cü il təvəllüdlü K.Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı iş yoldaşı, 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

K.Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, əsas fotoda olan şəxs qətlə yetirilən Mingəçevir Dövlət Universitetinin tələbəsi M.Alıyevdir.

Bənzər yazılar

0.21139287948608