Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ömər aşırımından keçən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yollarında, həmçinin yerli əhəmiyyətli digər yollarda qardan və buzdan təmizləmə işləri aparır.
Milletinsesi.info bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyi və faziləsizliyini təmin etməkdir.