Yeni doğulan qız uşaqlarına sosial müavinət verilsin - Zahid Orucdan TƏKLİF

 20-12-2022

Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc yeni doğulan qız uşaqlarına sosial müavinətin verilməsini təklif edib.

Zahid Oruc bu təklifini demoqrafik balansın qorunmasının vacibliyi ilə əsaslandırıb.

Zahid Oruc bildirib ki, ölkədə Ailə Məsələləri Nazirliyi yaradılmalıdır.

“Qadınların rolunun artırılması üçün bu qərar lazımdır. Ölkədə ailə psixoloqu mütəxəssislərinin hazırlanmasını vacib məsələyə çevrilir”,- deyə Zahid Oruc əlavə edib.

O bildirib ki, baş verən intihar hallarının qarşısının alınması, uşaqların psixi sağlamlığı, ailələrdə stressin idarə olunması, zorakılığın azaldılması ilə məşğul olan sosial işçilər, psixoloqlar korpusunun formalaşdırılması ilk addımlar sırasında olmalıdır.

Bənzər yazılar

0.44380903244019