Bakıda 15 yaşlı oğlanın anasını qətlə yetirməsinin görüntüləri - ANBAAN VİDEO

 20-04-2022

Bakıda dəhşətli qətl törədilib. 

Lent.az xəbər verir ki, hadisə bir az əvvəl Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb. 

Şəxsiyyəti hələlik məlum olmayan 50-55 yaşlarında qadın bıçaqlanaraq öldürülüb. 

Nizami rayon ərazisində qadını qətlə yetirən şəxs saxlanılıb.

İlkin məlumata görə, 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmova oğlu, 2007-ci il təvəllüdlü A.C. ilə mübahisə edib.  Nəticədə oğul anasını qətlə yetirib. 

Nizami Rayon Prokurorluğunda aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2007-ci il təvəllüdlü A.C.-nin qısqanclıq zəminində anası Sevinc Məhərrəmovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Metronun “Neftçilər” stansiyasının qarşısında oğulun anasını bıçaqladığı anın görüntüləri yayımlanıb.

Sözügedən video sosial şəbəkələrdə yayımlanıb.

Xatırladaq ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən 15 yaşlı şəxs saxlanılıb.

Dəhşətli anın görüntülərini təqdim edirik:

Bənzər yazılar

0.31540298461914