"Bir gündə "Tik-Tok"dan 3 min dollar qazandığım olub".
MillətinSəsi.info xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Tarixin Bir Günü" şousunda qonaq olarkən deyib.
Pul qazanmağı sevən aktrisa bir ay ərzində "Tik-Tok"dan 36 min dollar pul qazandığını açıqlayıb.
""Tik-Tok"a ilk gəldiyim ay 35-36 min dollar pul qazanmışam. O pulu nağdlaşdırıb xərclədim, dağıtdım. Əvvələr oradan qazanmaq söhbəti yox idi, heç girmirdim. İndi qazanmaq mümkündür, oyunlar oynayıram, qazanıram. Daşdan belə çörək pulu çıxardan insanam", - aktrisa vurğulayıb.
Aktrisa Pərvin Abıyeva "Tik-Tok"dan 36 min dollar qazandı: "Çıxarıb xərclədim..." - VİDEO
20-04-2022