“Biz artıq yeddinci gündür ki, dinc aksiya keçiririk. Biz yolu bağlamırıq, əksinə torpaqlarımızda yaşayan hər kəsə istənilən yardımı etməyə hazırıq”.
Bunu Azərbaycan Televiziyasının efirində Şuşa-Xankəndi yolunda aksiya keçirən ekoloqlardan biri qeyd edib.
Onun sözlərinə görə, ekoloqların məqsədi yalnız Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasındakı Azərbaycan ərazilərində monitorinq aparmaqdır.
Digər etirazçı isə isə Xankəndidə yaşayan erməniləri ekoloji terrora birlikdə yox deməyə çağırıb.
Daha ətraflı Azərbaycan Televiziyasının videomaterialında: