Rızvan Nikolesku: “Azərbaycan Aİ-nin təbii qaz sahəsində çox mühüm təchizatçısıdır”

 18-12-2022

“Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” bütün iştirakçı tərəflər üçün çox vacib bir sahədə əməkdaşlıq öhdəliyidir və bu layihənin həyata keçirilməsi zəruridir. Rumıniya istehsalçılar və istehlakçılar arasında təhlükəsiz tranzit marşrutudur. Mən Türkiyənin də bu layihədə iştirakını çox istərdim”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Rumıniyanın sabiq energetika naziri, “Deloitte” şirkətinin baş icraçı məsləhətçisi, enerji sahəsində nüfuzlu ekspert Rızvan Nikolesku bildirib.

Sabiq nazir qeyd edib ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi kontekstində, xüsusilə təbii qaz sahəsində çox mühüm təchizatçısıdır. Bu saziş Azərbaycan ilə Rumıniya arasında strateji münasibətlərə müsbət təsir göstərir.

“İki ölkə arasında əlaqələr çox yaxşıdır. Ümid edirəm ki, biz iki xalqın rifahı üçün mümkün qədər çox iş görəcəyik, beynəlxalq münasibətlərin gücə deyil, hüquqa və əməkdaşlığa əsaslanan konsepsiyasını birlikdə dəstəkləyəcəyik”, - deyə Rızvan Nikolesku vurğulayıb.

Bənzər yazılar

0.14445495605469