Bu ilin sonuna Azərbaycana gələn turistlərin sayının 1,5 milyonu keçəcəyini gözləyirik.
“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib
O bildirib ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 1,4 milyon xarici vətəndaş gəlib:
“Bu, əvvəlki illə müqayisədə 2 dəfə və ya 110 % çoxdur. Koronavirus pandemiyasından əvvəlki 2019-cu illə müqayisədə isə 2 dəfə azdır. Məqsəd turizm sektorunda pandemiyadan əvvəlki dövr göstəricilərini üstələməkdir.
Yaxın 4 ildə əsas məqsədimiz turist axınını 4 milyon insana çatdırmaqdır”.