Məşhur repçi HƏBS OLUNDU

 19-04-2022

"Duman", "Eh baba", "Pahalı" adlı mahnılarıyla tanınan repçi "Murda" ləqəbli Öndər Doğan həbs olunub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, repçiyə mahnılarında narkotik maddəyə meyillilik yaratdığı iddiasıyla 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. 

Doğanın vəkili qərara etiraz edəcəklərini bildirib. 

Qeyd edək ki, repçi ötən ilin noyabrında Türkiyədə hakim qarşısına çıxarkən izahatıyla hər kəsi təəccübləndirmişdi. "Murda" Hollandiya vətəndaşı olduğunu və narkotik maddələrin orada qanuni olduğunu söyləmişdi. Onun izahatından sonra repçinin xaricə çıxmaq üçün qoyulan qadağası ləğv olunmuş və yeni məhkəmə günü təyin olunmuşdu.

Bənzər yazılar

0.20824193954468