Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” səhifəsində paylaşım edib.
Paylaşımda bildirilib:
“Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevlə türk dövlətlərinin uğurlu tərəfdaşlığının əhəmiyyətini vurğuladıq.
Üzv dövlətlər arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsi istiqamətində əməkdaşlıq platformalarının yaradılması barədə müzakirələr apardıq”.