Şagirdi döydüyü üçün məktəbdən çıxarılan 30 ilin müəllimi GÜNAHKARDIRMI? - VİDEO

 15-12-2022

Bakıda müəllimin sinifdə şagirdi döyməsi geniş müzakirələrə səbbə olub.

Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Kadrlardan görünür ki, müəllim öncə şagirdi danlayır, daha sonra isə sifətinə şillə vurur. Bununla da kifayətlənmir və uşağın qulaqlarından dartır. Onun bu hərəkətinə isə digər şagirdlər gülərək reaksiya verirlər.

Xezerxeber.az-ın məlumatına görə, sözügedən görüntülər paytaxtın Suraxanı rayonunda yerləşən 146 nömrəli məktəbdə, 8-ci sinfin ingilis dili dərsində lentə alınıb.

Elə lentə alan da həmin sinifdə oxuyan şagirdlərdən biridir.

Dərsdə iştirak edən şagirdlər bildiriblər ki, hadisənin görünməyən tərəfləri var. Onların sözlərinə görə, döyülən şagird dəfələrlə müəllimin dediklərinə əməl etməyib və onu hövsələdən çıxarıb.

Məktəbin direktor əvəzi Tacəddin Allahyarlı da bunun şagirdin ilk və son qeyri-etik davaranışı olmadığını bildirib. Hətta uşağın belə hərəkətlərinə görə dəfələrlə ailəsinə məlumat verilib və o, xüsusi nəzarətə götürülüb.

Hadisədə adı hallanan və 30 illik müəllim stajı olan Kazım Canıyev də açıqlama verib.

Üç ildir həmin sinfə ingilis dili fənnini tədris edən müəllim bildirib ki, adıçəkilən şagird dəfələrlə bu və bundan betər hərəkətlərə yol verib.

Müəllimin sözlərinə görə, uşağın tərbiyəsindəki nöqsanlarla bağlı indiyədək valideynlərinə məlumat verilib, amma onlar məktəbə gəlməyiblər.

Hazırda Kazım Canıyevi məyus edən məqam saçlarını ağartdığı məktəbdən uzaq qalacağıdır.

Daha ətraflı süjetdə:

Bənzər yazılar

0.153568983078