ANAMA: “Kəlbəcərdə partlayan minanın tərkibində 7,5 kq partlayıcı maddə olub” 

 15-12-2022

“Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində partlayan minanın tərkibində 7,5 kq partlayıcı maddə olub”.

“Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Rafiq Cəbrayılov deyib.

O bildirib ki, hazırda ərazi minalarla çirklənib və çox təhlükəlidir:

“Tərəfimizdən əraziyə baxış keçirilib. Partlayış yerinin krateri yoxlanılaraq dəlillər götürülüb. İlkin ehtimala görə, ərazidə “TM-62M” tipli tank əleyhinə minanın partlayışı ola bilər. Ərazidən götürdüyümüz dəlillər də həmin “TM-62M” tipli tank əleyhinə minanın hissələrinə bənzəyir”.

“Onu da qeyd etmək istəyirəm ki, “TM-62M” tipli tank əleyhinə mina təzyiqlə işə düşür, tərkibində 7,5 kq partlayıcı maddə olur. Hazırda ərazi mühafizə olunur”, - ANAMA əməkdaşı vurğulayıb.

Xatırladaq ki, bu gün Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndələri Kəlbəcər rayonundakı mina partlayışlarının baş verdiyi əraziyə səfər edib.

Bənzər yazılar

0.1475989818573