Kəlbəcərdə altı nəfər MİNAYA DÜŞÜB: Ölən və yaralananlar VAR

 14-12-2022

Kəlbəcər rayonunda 6 nəfər minaya düşüb. Kəlbəcərdə mina partlayışı zamanı dörd mülki şəxsdən əlavə iki nəfər hərbçi də minaya düşüb.

APA xəbər verir ki, baş verən partlayışda üç nəfər isə xəsarət alıb.

Minaya düşən hərbçilərdən biri şəhid olub.  Kəlbəcərdə mina partlaması nəticəsində bir nəfər ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

“Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər”, - DİN-in məlumatında bildirilib.

Qeyd edək ki, minaya düşən mülki şəxslərdən biri də vəfat edib.

 

 

 

 

 

Bənzər yazılar

0.49616813659668