Rövşən Rüstəmov: “On yeni sürət qatarının alınması üçün müqavilələr bağlanır”

 12-12-2022

“Sumqayıtla Bakı arasında sürət qatarları fəaliyyət göstərir və onlar 20-25 min nəfərin daşınması üçün nəzərdə tutulub. Hazırda 10 yeni sürət qatarının alınması üçün müqavilələr bağlanır. Növbəti ilin sonunda ilk sürət qatarları ölkəmizə gətiriləcək”.

Bu sözləri Fəxri xiyabanı ziyarət edən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov deyib.

“Dəmir yolunun inkişafı ilə bağlı layihələr uğurla icra olunur. “Dəmir Yolları”nda kütləvi ixtisarlar planlaşdırılmır. Hazırda strateji inkişaf istiqamətlərinin müəyyənləşməsi üçün layihələrimiz var. “Dəmir Yolları”nın korporativ idarə üslubunda idarə olunması üçün ciddi addımlar atılır”, - deyə  sədr əlavə edib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov deyib ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində heç bir ixtisar aparılmayacaq.

O bildirib ki, ADY fəaliyyətini davam etdirir: “Heç bir əməkdaşın ixtisarı, ümumiyyətlə, kütləvi ixtisarlar gözlənilmir. Yeni istiqamətlər üzrə dəyişikliklər olacaq. Bütün dünya ölkələrində dəmiryol fəaliyyəti zərərlə nəticələnən sahədir”. 

O bildirib ki, qiymət artımı ilə bağlı gözləntilər yoxdur: “Bununla bağlı hər hansı fəaliyyət mövcud deyil. Bütün ölkələrdə dəmiryol üzrə sərnişindaşıma zərərlə nəticələnən fəaliyyətdir. Bu səbəblə Prezident xüsusi daşınma qaydalarının hazırlanması ilə bağlı fərmanı imzalayıb və bununla da qurumun qarşısına öhdəlik qoyulub. Hazırda bunun üzərində ciddi işlər aparılır. Dəmiryol işçilərinin əməkhaqları birbaşa dəmiryol təsərrüfatından əldə edilən gəlirlər hesabına təmin edilir”.

O bildirib ki, dəmir yolundan əldə edilən gəlirlərin əsas hissəsi yükdaşımalardan təmin olunur:

“Hazırda yükdaşımalardan əldə edilən gəlirlərdə ciddi artımlar var. Biz ötən il 15 milyon ton yük daşımışdıqsa, bu ilin 11 ayında 17 milyon ton yük daşınıb. İlin sonuna gözlənti 18,5 milyon ton yükün daşınmasıdır. 

Eyni zamanda tranzit yükdaşımalar - ölkə üzərindən Şərq-Qərb və Şimal-Qərb istiqamətlərində yükdaşımalarda da artım var. Həyata keçirilən bütün tədbirlərin məqsədi ölkənin tranzit potensialının artırılmasıdır”.

Bənzər yazılar

0.14587497711182