Rusiyanın paytaxtı Moskvada yaşayış binasının mənzilində “Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayevin meyiti aşkarlanıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Moskvanın hüquq mühafizə orqanları məlumat yayıb.
Bildirilib ki, mənzildə həmçinin V.Avayevin həyat yoldaşı və qızının da meyiti tapılıb.
Qeyd edilib ki, onlara odlu silahdan atəş açıldığı məlum olub.
Faktla bağlı cinayət işi başlayıb.
Keçmiş vitse-prezident ailə üzvləri ilə birgə EVİNDƏ GÜLLƏLƏNDİ
18-04-2022