Səhiyyə Nazirliyinin rəhbər şəxsləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini YAD EDİBLƏR

 12-12-2022

Dekabrın 12-i müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günüdür.

Bu münasibətlə bu gün Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini hörmət və ehtiramla anaraq, məzarı önünə gül dəstələri qoyublar.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Ümummilli lider Heydər Əliyev Azərbaycan elminə və təhsilinə, bu sahənin işçilərinə, o cümlədən həkimlərə həmişə xüsusi diqqət və qayğı göstərirdi. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrların hazırlanması məhz Ulu Öndərin adı ilə bağlıdır.

 

Bənzər yazılar

0.46730208396912