Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiya keçirdiyi ərazilərə Azərbaycan hərbçiləri gəliblər.
Azərbaycan ordusunun hərbi qulluqçuları əraziyə gələrək azərbaycanlı etirazçıların təhlükəsizliyini qoruyurlar.
Aksiyanın keçirilməsində əsas məqsəd Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq keçirilməsinə imkan yaratmağa nail olmaqdır.
Rusiyalı hərbçilər əraziyə əlavə canlı qüvvə də cəlb edirlər.
Andrey Volkov hələ də əraziyə gəlməyib, onun əvəzinə etiraz edən azərbaycanlıların qarşısına çıxan polkovnikin isə sərxoş olduğu üzə çıxıb.
Aksiya iştirakçıları ondan alkoqol qoxusunun gəldiyini də bildiriblər.
Hadisə yerində “Real” TV-nin əməkdaşı ilə rusiyalı hərbçi arasında gərginlik yaşanıb.
Rusiyalı hərbçi jurnalistin peşə fəaliyyətinə maneə yaratmaq istəyib.
Jurnalist isə ona “bura mənim torpağımdır” deyə cavab verib.
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin tərkibində milliyyətcə erməni olanlar da xidmət edirlər.
Bu iddialar bugünkü aksiyada öz təsdiqini tapıb.
Aksiya iştirakçıları əsgərlərdən biri ilə erməni dilində danışıb.
Həmin hərbi qulluqçu isə onlara ermənicə cavab verib.
Azərbaycanlı fəallardan biri Ermənistanın baş naziri Nikol Paşinyana erməni dilində müraciət də edib və onu yalan danışmamağa çağırıb.
Xankəndi-Şuşa yolunda azərbaycanlı ekofəalların qarşısını kəsən Rusiya sülhməramlılarının iriçaplı silahları yığışdırılıb.
Ekofəalların etirazlarından sonra pulemyotlar sülhməramlı hərbçilərin üzərindən götürülüb.
Həmin görüntüləri təqdim edirik: