“Meyvəli” dairəsində sürücüləri tələyə salan YÜK MAŞINI... – FOTOFAKT

 12-12-2022

Qaradağ rayonu Lökbatan qəsəbəsi, “Meyvəli” dairəsi kimi tanınan ərazidə sürücüləri çətin vəziyyətə salaraq qayda pozmasına, qəza törətməsinə və ya cərimə olunmasına səbəb olan yük maşını peyda olub.

Bu barədə Avtosfer.az-a təlimçi Arzu Babazadə fotolar göndərib.

Belə ki, "Sədərək Ticarət Mərkəzi" istiqamətindən gələn zaman 99-ZB-281 dövlət nömrə nişanlı yük avtomobili həm avtobus dayanacağını zəbt edib, həm də dairə nişanının qarşısını kəsib.

Nəticə etibarilə bu istiqamətdən gələn sürücülər dairə nişanını görmür və qayda pozurlar. Bu isə qəza şəraitinin yaranmasına, həmçinin sürücülərin cərimə olunmasına səbəb olur.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Araz Əsgərli bildirib ki, bu məsələ qanuni tədbirlərin görülməsi üçün qeydiyyata alınıb: “Lazımi tədbirlər görüləcək. Fotolarda bir qayda pozuntusu görülür. Həmin tarixdə hansı qaydalar pozulubsa, bütün bunlara hüquqi qiymət veriləcək”.




Bənzər yazılar

0.43943691253662