Qəbələdə ərinin sevgilisinin rəfiqəsi tərəfindən qətlə yetirilən 23 yaşlı Aytac Əliyevanın fotosu yayımlanıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Kemale Aytacın ərinin sevgilisinin rəfiqəsi olub.
Sevgilisi Aytacın əri ilə evlənmək istəsə də, o, arvadından boşanmaq niyyətində olmayıb. Qətlin rəfiqələr arasındakı problemə görə baş verdiyi ehtimal olunur. İlkin məlumata görə, hadisə zamanı Aytacın hərbçi əri evdə olmasa da, onların azyaşlı övladı mənzildə olub.
Qeyd edək ki, araşdırmalarla Qəbələ rayonu ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyəsini bağlaması nəticəsində sonuncunun boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq tədbirləri davam etdirilir.