DSX-nin əsgərinin ölümü ilə bağlı CİNAYƏT İŞİ AÇILIB - ŞƏHİDİN FOTOLARI

 11-12-2022

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyev Məhəmməd Məhərrəm oğlunun silahla davranış qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan ölməsi barədə açılan cinayət işi üzrə şahidlər dindirilib.

Bu barədə Hərbi Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.

Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.2-ci (Silahla davranış qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda ) maddəsi ilə başlanılmış cinayət işi üzrə şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Qeyd edək ki,  sosial şəbəkələrdə Beyləqan rayonun Şahsevən kəndinin sakini Əliyev Məhəmməd Məhərrəm oğlunun şəhid olduğu haqda məlumat və şəhidin dəfn mərasimindən kadrlar yayılıb.

Kadrlarda, dəfn mərasimində Dövlət Sərhəd Xidməti əməkdaşlarının da iştirak etdiyi görünür.

“Qafqazinfo”nun əldə etdiyi vəfat edən əsgərin fotolarını təqdim edirik:

 

Bənzər yazılar

0.14494109153748