Tələbənin xəbəri olmadan 127 min manat VERGİ BORCU YARANIB – VİDEO

 10-12-2022
Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi Ümid Rüstəmov iş axtararkən başına qeyri-adi hadisə gəlib.
 
“Xəzər Xəbər” telekanalı xəbər verir ki, tələbə işə düzəlmək məqsədilə şəxsi məlumatlarını başqa bir şəxsə ötürüb.
 
Sonra məlum olub ki, onun adına şirkət açılıb və müəssisənin 127 min manat vergi borcu var.
 
Ü.Rüstəmov deyib ki, bir müddət əvvəl iş axtararkən elan qruplarından birinə daxil olub və iş üçün elan sahiblərindən biri ilə əlaqə saxlayıb.
 
İşə düzəlmək üçün şəxsi məlumatlarını qarşı tərəfə verən Ü.Rüstəmovun sözlərinə görə, ona məxsus ASAN imza və şəxsiyyət vəsiqəsi ilə şirkət açılıb. Hazırda şirkətin külli miqdarda vergi borcu yaranıb. Bu səbəbdən onun ölkədən çıxışına da qadağa qoyulub.
 
Ü.Rüstəmov qeyd edib ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına həm elektron, həm də yazılı şəkildə müraciət edib.
 
Daha ətraflı:

 

Bənzər yazılar

0.14433002471924