Zaqatalada kişi arvadının boğazını kəsərək qətlə yetirib, sonra eyni üsulla özünü öldürüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Çardaqlar kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini 1985-ci il təvəllüdlü Qılman Həsənov həyat yoldaşı, 1985-ci ildə anadan olmuş Həsənova Xavər Şamil qızının boğazını kəsərək qətlə yetirib, daha sonra intihar edib.
Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Zaqatalada əri tərəfindən boğazı kəsilərək qətlə yetirilən Xavər Həsənova müəllimdir. O, rayon məktəblərindən birinin ibtidai sinifində dərs deyirmiş.
Bu gün səhər saatlarında Zaqatalanın Yuxarı Çardaqlar kəndində Qılman Həsənov həyat yoldaşı Həsənova Xavər Şamil qızının boğazını kəsərək qətlə yetirib, daha sonra intihar edib. Onların iki övladı var.
Zaqatala Rayon Prokurorluğu Çardaxlar kəndində kişinin arvadını və özünü öldürməsi barədə məlumat yayıb.
Məlumatda deyilir: "Aprelin 17-si Zaqatala rayonu, Çardaxlar kəndi ərazisində 1985-ci il təvəllüdlü Qılman Həsənov və Xavər Həsənovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla Xavər Həsənovanın əri Qılman Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Xavər Həsənovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra özünə həmin alətlə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir".