«Yol Xətt» MMC şirkəti yollardan milyonlar QAZANIR: MMC tenderləri necə UDUR – SİYAHI

 10-12-2022

Azərbaycanda dövlət tenderlərindən say etibarilə böyük hissəsini əldə edən daha bir şirkət aşkar edilib.

Fed.az xəbər verir ki, bu – «Yol Xətt» MMC-dir (VÖEN: 1700233481).

Sözügedən şirkət 2019-cu ildən indiyə kimi iştirak etdiyi dövlət tenderlərində 16 milyon 87 min 993 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 5 tenderlə əldə edib – bir tenderin orta qiyməti 3.2 milyon manatdır.

«Yol Xətt» MMC-nin əsas «müştərisi» Bakı Nəqliyyat Agentliyi olub. Şirkət 5 tenderdən 4-nü bu qurumdan udub – 16 milyon 62 min 187 manat. Bu isə ümumi tenderlərin 99 faizi deməkdir.

Qeyd edək ki, şirkətin gördüyü işlər üzrə əsas predmeti yolların xətlənməsi, yol nişanları, dirəkləri, tənzimləyici nəqliyyat güzgülərinin alınması və quraşdırılması xidmətidir.

Xatırladaq ki, «Yol xətt» MMC 2006-cı ildə yaradılıb, 200 manat kapitalı var. Hüquqi ünvanı Bakının Binəqədə rayonunda 11-ci Dağlıq 3105-ci məhəllə ünvanında yerləşir. Qanuni təmsilçisi Zaur Həsənov, Mail oğludur.

İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mənbə Fed.az

Bənzər yazılar

0.1441638469696