Bu gün Bakıda Azərbaycan Memarlar İttifaqının XX qurultayı keçirilib.
“Report” xəbər verir ki, qurultayda çıxış edən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə Prezident İlham Əliyevin memarlıq sənətinin inkişafına göstərdiyi diqqət və qayğıdan, görülən işlərdən danışıb.
Qurultayın sonunda Elbay Qasımzadə yenidən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri seçilib.
Bundan başqa jurnalistlərə açıqlama verən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə E.Əliyevin İttifaqın fəaliyyətini tənqid edən fikirlərinə münasibət bildirərkən deyib ki, Elçin Əliyev adlı memar tanımıram.
Qeyd edək ki, E.Əliyev sosial media hesabında Memarlar İttifaqının fəaliyyətini sərt şəkildə tənqid edib. Memarlıq üzrə elmlər doktoru E.Əliyev 2012-2017-ci illərdə Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti sədrinin müavini olub.