“Əməkdar mühəndis”in ölkədən çıxışına “STOP” QOYULUB

 08-12-2022

Azərbaycanın əməkdar mühəndisi, qocaman və tanınmış neftçilərdən olan Emin Nəsibovun ölkədən çıxışına qadağa qoyulub.

Kriminalqafqaz”ın məlumatına görə, bu barədə Bakı Kommersiya Məhkəməsində qərar qəbul edilib. Hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən iclasda Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsinin iddiası təmin olunub. Emin Nəsibov 30 min manatlıq vergi borcunu ödəmədiyi üçün ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, E.Nəsibov 2015-ci ildə Azərbaycanın "əməkdar mühəndisi" adına layiq görülüb. O, 40 ildən çoxdur neft sahəsində çalışır. SOCAR-ın qocaman işçilərindəndir.

Müəllif Amin Nəzərli

Bənzər yazılar

0.20776510238647