Goranboyda məktəb binası QƏZALI VƏZİYYƏTƏ DÜŞÜB: Şagirdlər köçürüldü - VİDEO

 16-04-2022

Goranboy rayonunda təxminən 50-55 il öncə tikilən 2 saylı tam orta məktəb binasının 2-ci mərtəbəsində yaranan iri çatlar, korpusda baş verən çökmələr təhsil ocağını təhlükəli vəziyyətə salıb.

Yeniavaz.com xəbər verir ki, bu səbəbdən məktəbdə təhsil alan 5 yaşlı və ibtidai siniflərdən ibarət 24 sinif Goranboy rayon 1 saylı orta məktəbə köçürülüb.

Həmçinin sözügedən məktəbdə aprelin 23-də buraxılış imtahanı verməli olan şagirdlərin imtahan binası da dəyişdirilib.

Direktor müavini Müşfiq Mustafayevin sözlərinə görə məktəb qəzalı vəziyyətdə olduğuna görə, ibtidai siniflər Goranboy şəhər 1 saylı orta məktəbə köçürüldü:

“Hardasa 480 nəfər uşaq köçürülüb. Aprelin 23-nə DİM tərəfindən salınan imtahan da ləğv edildi. İmtahan Goranboy şəhər İnteqrasiya tipli internat məktəbində keçiriləcək”.

Qəzalı vəziyyətə düşən Goranboy rayon 2 saylı orta məktəbdə 1107 şagird təhsil alır, 100 müəllim çalışır. Baş verə biləcək təhlükənin qarşısını almaq üçün qəzalı korpusda olan siniflərə giriş-çıxış bağlanıb.

Bənzər yazılar

0.19850087165833