Xəbəri olmadan külli miqdarda vergi borcu ORTAYA ÇIXIB - VİDEO

 07-12-2022

Göyçay rayon sakini Rəsul Mansurov adına vergi borcu yazıldığını iddia edir.

"Xəzər Xəbər" xəbər verir ki, o, iş axtarmaq istəyərkən belə vəziyyətə düşdüyünü deyir.

Pandemiya dövründə işsiz qalan Rəsul Mansurov vatsapda yaradılmış işədüzəltmə qruplarından birinə qoşulub. Qrupda paylaşılmış bir elan onun diqqətini çəkib.

Danışıqlardan sonra ona işləyəcəyi deyilib. İş üçün deyilən obyektə gedən vətəndaş gözləmədiyi vəziyyətlə üzləşib. Adına VÖEN açıldığını, külli miqdarda vergi borcunun yarandığını öyrənib.

Rəsul Mansurovun sözlərinə görə, vəziyyətin ciddiliyini məhəkəmədən yaşadığı ünvana göndərilən məktubdan anlayıb.

Hüquqşünanslar bildirirlər ki, belə vəziyyətlə qarşılaşanlar hüquq-mihafizə orqanlarına müraciət etməlidirlər. Bundan sonra dələduzluq etdiyi iddia edilən şəxslər barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açıla bilər.

Ətraflı videomaterialı təqdim edirik:

Bənzər yazılar

0.14471912384033