Güclü yağış Lənkəranda bir sıra fəsadlar YARADIB - VİDEO

 06-12-2022

Bir neçə gündür ki, yağan inensiv yağış Lənkəran şəhərində bir sıra fəsadlar yaradıb. 

Xezerxeber.az-ın məlumatına görə, bəzi küçələrdə yağış suları həyətlərə dolub.

Belə ki, Azad İsmayılov küçəsində qazıntı işləri aparılıb. Amma sonradan yarımçıq saxlanıb.

Mövcud kanalizasiya sistemi yağış sularını normal ötürmədiyindən, xəndəklər dolub, izafi sular evlərin zirzəmilərinə, həyətlərinə yığılıb və yolları keçilməz edib. Küçənin bir tərəfindən qarşı tərəfə keçmək çətinliyi yaranıb.

Məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov bildirib ki, xəndəklər təmizlənəcək.

Qeyd edilib ki, Lənkəran şəhərinin mövcud kanalizasiya sistemi ötən əsrin 60-70-ci illərdə çəkilib və 20 min əhali üçün nəzərdə tutulub. Hazırda əhalisinin sayı 80 minə çatdığından kanalizasiya şəbəkəsinin yenidən qurulmasına ehtiyac var.

Daha ətraflı süjetdə:

Bənzər yazılar

0.23345589637756