"Bir il 8 aydır ki, televiziyaların qapısından girmirəm. Bu da məlum səbəbdir. Bu müddət ərzində qapım bağlanmadı, telefonlarım susmadı. Bir dəqiqə belə olsun tək qala bilmədim ki, öz dərdimlə tək qalım".
MillətinSəsi.info xəbər verir ki, bu sözləri "Bizimləsən" ictimai-sosial proqramda qonaq olan Xalq artisti Nazpəri Dostəliyeva deyib.
Sənətçi oğlu Əlinin vəfatı ilə bağlı gizlin məqamların üstünə açıqlaması ilə işıq salıb.
"Oğlumun vəfat etməsindən bir neçə saat əvvəl Novruz bayramı axşamı, martın 22-si evdə plov dəmlədim. Onunla birgə yemək yedik. Hər şey çox yaxşı idi. Oğlumun səhhətində ciddi problemlər var idi. İçində çəkirdi, büruzə vermirdi. Ürəyi tab gətirmədi. Mənə söylədi ki, gedirəm dincəlməyə. Keçdi öz otağına, məndə getdim onun arxasınca. Gördüm ki, vəziyyəti yaxşı deyil. Söylədim ki, Əli nə olub sənə? Övladım qucağımda, öz qollarımda... Dedi ki, ana sən güclü qadınsan. Sən sənətkarsan! Səni sevən insanların gözünü yolda qoyma. Sanki dünya görmüş yaşlı bir insandır".
Oğlunun dünyasını dəyişməsi ilə sarsılan Nazpəri Dostəliyeva acılı hadisələrdən sonra yenidən səhnəyə qayıdacağını açıqlayıb.
"Əlinin sözlərinə əməl edəcəyəm. Musiqilərimlə, insanı əməllərimlə... Mən sənətimi davam edəcəyəm"
Müğənni tez-tez yuxularında oğlunu gördüyünü söyləyib.
"Demək olar ki, Əli hər gün yuxuma girir. Hər gün də tapşırıqlarını verir. Ana səni sevənlərinin gözünü arxada qoyma. Hər zaman da bu sözləri təkrarlayır. Bir balaca narahatlığım olan kimi, yuxuda tez gəlir durur başımın üstündə. Elə bil ki, o ölməyib, hələ də yaşayır. Deyir ki, divanda deyil, öz yerində yataqda yat".
Qeyd edək ki, N. Dostəliyevanın böyük oğlu Əli Quliyev 41 yaşında ürək çatışmazlığından vəfat edib.
Müəllif Rəşad Əliyev
Mənbə Bizim.Media