“Azərenerji”nin əməkdaşları Şuşada buz bağlayan yüksəkgərginlikli elektrik xəttini təmizləyib.
Bu barədə “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib.
Onun sözlərinə görə, mövcud hava şəraiti ilə əlaqədar olaraq yüksəkgərginlikli Füzuli-Şuşa hava xətti buz bağlayıb:
“Qurumun əməkdaşları xüsusi geyim və avadanlıqlardan istifadə edərək buzun təmizlənməsi işini həyata keçirib”.
Qeyd edək ki, 110 kvotalıq Füzuli-Şuşa xətti öz başlanğıcını “Şükürbəyli” stansiyasından götürür. Ümumi uzunluğu 75 olan hava xətti Şuşa şəhərinin işıqlandırılmasında xüsusi rol oynayır.