Bakı-Quba yolunda tıxac yaranıb.
Bununla bağlı Milletinsesi.info-a hazırda yolda olan sərnişinlərdən biri məlumat verib.
O bildirib ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayan sıxlıq Yaşma qəsəbəsindən o tərəfə də davam edir.
Yolda qalan sərnişin qeyd edib ki, təxminən 3 saatdan artıqdır ki, gözləyirlər.
Həftə sonu dağlıq ərazilərə qar yağışı ilə bağlı olaraq paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqmətlərinə səfərlər edib və bu gün axşam saatlarında paytaxt istiqamətində qayıtmaları səbəbindən adıçəkilən yollarda müəyyən sıxlıq müşahidə edilir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verib.
Bildirilib ki, hazırda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əlavə qüvvələr də qeyd olunan ərazilərə cəlb edilib.
“Qısa müddətdə hərəkət tam bərpa ediləcək. Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur. Başqa hər hansı bir hadisə baş verməyib”, - məlumatda qeyd edilib.
Bakı-Quba yolunda hərəkət tam bərpa olunub.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.