AMEA-nın tenderini udan şəxs bir gündə eyni ünvanda 5 şirkət açıb

 15-04-2022

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağı tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “KARPET-D” MMC olub.
“KARPET-D” MMC Mərkəzi Nəbatat Bağına dəftərxana ləvazimatları və təsərrüfat malları satacaq və qarşılığında 21 min 748 manat 90 qəpik alacaq.

Qeyd edək ki, “KARPET-D” MMC 13.02.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan MMC İmişli rayonu, İmişli şəhəri, T.İsmayılov, ev 14, m. 52 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Zalov Xəqani Çingiz oğludur.

Onu da bildirək ki, eyni gündə, eyni ünvanda, eyni nizamnamə kapitalı ilə Zalov Xəqani Çingiz oğlunun qanuni təmsilçi olduğu daha 4 şirkət  də qeydiyyatdan keçib. Bunlar "GOLDEN LUKS" MMC, "KURYER TƏCHİZAT" MMC, "VESPA TƏCHİZAT" MMC və  "TURBO SERVİCE" MMC adlı şirkətlərdir.

Adları qeyd olunan şirkətlər barəsində açıq internet resurslarında məlumat yoxdur. Bu şirkətlərin adı ancaq dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində keçir. Zalov Xəqani Çingiz oğlunun direktoru olduğu bu MMC-lər aşağıdakı tenderlərin qalibi olub:

MMC-nin adı Tender keçirən qurum Müsabiqənin adı Məbləğ Tarix
“Kuryer Təchizat” MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kompüter və printerlərin təmiri 5 671 AZN 15.12.2017
“Golden Luks” MMC AMEA Zoologiya İnstitutu Mətbəə işləri 17 813 AZN 11.01.2021
“Golden Luks” MMC İlahiyyət İnstitutu Mətbəə işləri 49 850.13 AZN 30.12.2020
Golden Luks” MMC Muzey Sərvətləri və Xatirə Əşyaların elmi Bərpa Mərkəzi İnşaat materialları 19 748 AZN 23.10.2020
“Golden Luks” MMC AMEA Qafqazşünaslıq İnstitutu Çap işləri 29 900 AZN 23.07.2020
“Vespa Təchizat” MMC Gənclər və İdman Nazirliyi Uşaqlar üçün “Novruz” şənliyinin keçirilməsi 44 430 AZN 13/03/2020
“Turbo Service” MMC Laçın
rayon İcra Hakimiyyəti
Yolların işıqlandırılması 48 240.32 AZN 30/03/2022


Məlumat üçün bildirək ki, hazırda “Golden Luks” MMC-nin dövləyt büdcəsinə 13 min 80 manat 78 qəpik, “Vespa Təchizat” MMC-nin isə 8 min 990 manat 79 qəpik vergi borcu var.

Müəllif A. Cəfərov

Mənbə Yeniavaz.com

Bənzər yazılar

0.30899119377136