12 yaşlı məktəblinin ÖLÜM SƏBƏBİ BİLİNDİ

 14-04-2022

Xaçmaz rayonunda 12 yaşlı məktəblinin boğazına yelləcəyin ipi dolaşaraq uşağı boğub.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Niyazoba kəndində qeydə alınıb.

Belə ki, Niyazoba kənd sakini, 2010-cu il təvəllüdlü Fərid Emin oğlu Cəbrayılov yaşadığı ərazidə yelləncəkdə oynayarkən ehtiyatsızlıqdan yelləncəyin ipi onun boğazına dolaşıb. Uşaq hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.22557997703552