Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xəstələrdən 10 manat pul yığılır? - İDDİA+ VİDEO

 02-12-2022

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xəstələrdən pul yığıldığına dair iddialar yayılıb. 

Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna müraciət edən şəxslər iddia edirlər ki, rentgen üçün hər kəsdən 10 manat pul tələb edilir. Pul verməyən şəxslər saatlarla növbədə qalırlar. 

Vətəndaşlar səhər saat 09:00-dan gəlsələr də, iki saatdan çox növbədə qaldıqlarına və qeyri-qanuni 10 manat pul toplandığına etiraz ediblər.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. TƏBİB-dən bildirildi ki, yayılan görüntülərlə bağlı hazırda araşdırma aparılır:

“Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.

Həmin videogörüntüləri təqdim edirik:

Bənzər yazılar

0.4632089138031